Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyi və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir

0

  •           Yeni Azərbaycan Partiyasının yarandığı
    tarixi şəraiti düzgün qiymətləndirmədən, o dövrdə Azərbaycanda mövcud olan
    ictimai-siyasi, hərbi və iqtisadi vəziyyəti obyektiv şəkildə analiz edib, dəyərləndirmədən
    Yeni Azərbaycan Partiyasının və bu partiyanın şəriksiz lideri, Ulu Öndər Heydər
    Əliyevin tarixi xidmətlərini qiymətləndirmək mümkün deyil.

          Keçmiş SSRİ məkanında baş verən hadisələr
    müxtəlif mərhələlərdən keçərək, SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın, o
    cümlədən də Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi ilə nəticələnmişdi.
    Həmin dövrdə Azərbaycanda olduqca mürəkkəb şərait müvcud idi. Xalqı öz ətrafında
    birləşdirə biləcək mərkəzi hakimiyyətin olmaması ucbatından vaxtaşırı olaraq
    1988-ci ildən etibarən bir-birinin ardınca hakimiyyət dəyişikliyi vaş verir, özlərini
    demokratik qüvvələr adlandıran, əsil həqiqətdə isə Moskvanın təhlükəsizlik xidmətinin
    gizli əməkdaşlar olan  qaraguruh nəyin
    bahasına olursa-olsun siyasi hakimiyyətə yiyələnmək istəyirdi. Hər iki tərəfin
    seporat danışıqları əsasında formalaşdırılmış Ali qanunverici orqan –Ali Sovet
    (hazırki Milli Məclis) yeni dövrün reallıqlarını nəzərə alaraq qanunvericilik
    bazasını yaratmaq əvəzinə intiriqa yuvasına, söz savaşı meydanına çevrilmişdi. Dövlət
    idarəetmə sistemi çökmüş, sözün əsil mənasında iflic vəziyyətinə düşmüşdü. Onlar
    hakimiyyətlərini ömrünü uzatmaq üçün ilk dövrlərdə Moskvanın buyruqqulu rolunu
    oynayır, daha sonra isə dırnaqarası demokratlarla sövdələşmələr edirdilər. Ordu
    quruculuğu kimi mühüm sahə Etibar Məmmədov, Rəhim Qazıyev və digərləri kimi
    keçmişləri qaranlıq olan, kimə xidmət etdikləri bəlli olmayanlara həvalə
    edilmişdi. Ordu yaradaraq  torpaqlarımızı
    erməni və onların havadarlarının təcavüzündən qorumaq əvəzinə ayrı-ayrı şəxsi
    maraqlarını və xarici qüvvələrin siyasi sifarişlərini yerinə yetirənlərin başıpozuq
    silahlı dəstələrini formalaşdırmaqla  məşğul
    idilər. Yuxarı Qarabağda və ətraf rayonlarda yaşayan əhali taleyin ümidinə
    buraxılmışdı. Məsələnin ən xoş olmayan tərəflərindən biri bu idi ki, qeyd
    olunan ərazilərdə yaşayan əhali elə düşünürdü ki, onların taleyi ilə maraqlanan,
    onların müdafiəsini təmin edəcək mərkəzi hakimiyyət var. Əgər Yuxarı Qarabağda
    və ətraf rayonlarda yaşayan əhali bilsəydi ki, onlar öz talelərinin ümidinə
    qalıblar, onda özlərinin müdafiəsi, təhlükəsizlikləri haqqında daha etibarlı tədbirlər
    görə bilərdilər. Bundan istifadə edən ermənilər və onların havadarları
    bir-birinin ardınca 1991-ci ilin ikinci yarısından etibarən keçmiş Dağlıq
    Qarabağ Muxtar Vilayyətinin ərazisində yerləşən azərbaycanlılar yaşayan yaşayış
    məntəqələrini işğal etməyə başladılar və 1992-ci ilin mayında artıq Şuşa və Laçın
    rayonları, 1993-ci ilin aprelində isə kəlbəcər rayonu ermənilər tərəfindən tam
    işğal edildi. Ermənistanla Dağlıq Qarabağ arasında bütün ərazi tamamilə Ermənistanın
    nəzarətinə keçdi. Təbiətin yaratdığı alınmaz qala olan Şuşa xəyanətin qurbanı
    oldu. AXC hakimiyyətə gəlmək üçün Şuşa və Laçında olan silahlı qüvvələri Bakıya
    çəkərək hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirdilər, ermənilər isə heç
    bir müqavimətlə qarşılaşmadan ərazilərimizi ələ keçirdilər. Beləliklə, ermənilərin
    əli-qolu açılaraq ətraf rayonların işğalı üçün şərait yarandı.

          Hərbi sahədə Azərbaycanda real mənzərə bundan
    ibarət idi. İqtisadiyyat tamamilə çökmüş, ictimai-siyasi sabitlik pozulmuş, dövlət
    idarəetmə sistemi çökmüşdü.

           Ulu Öndər Heydər Əliyevin qətiyyəti, dövət
    idarəetmə sahəsindəki təcrübəsi, beynəlxalq aləmdə malik olduğu nüfuzu və digər
    keyfiyyətləri hesabına yeganə müdafiə olunan bölgə Naxçıvan idi. Xəyanətkar
    qaraguruh Heydər Əliyev şəxsiyyətindən xoflanaraq Naxçıvanda da dövlət
    çevrilişi etməyə cəhd etdilər. O dövrkü Müdafiə naziri Rəhim Qaziyev və Daxili
    İşlər naziri İsgəndər Həmidovun başçılığı ilə bir dəstə tam silahlanaraq
    Naxcıvana göndərildi ki, Naxçıvanda dövlət çevrilişi edərək Heydər Əliyevi
    hakimiyyətdən uzaqlaşdırsınlar. Lakin onlar bu məkirli niyyətlərini reallaşdıra
    bilmədilər. Naxçıvan əhalisi özünün xilaskar oğlunu müdafiə etdi və Naxçıvana
    göndərilənləri oradan qovdu.

            AXC-Musavat cütlüyü hakimiyyəti qəsb etdikdən
    keçən qısa dövr ərzində xalqımız bunların kimliyini dəqiq müəyyənləşdirdi  və aydın oldu ki, əgər bunlar hakimiyyətdə
    qalarlarsa əsirlər boyu xalqımızn arzusunda olduğu dövlət müstəqilliyimiz
    itirilə bilər və ərazilərimiz tamamilə ermənilər tərəfindən işğal edilər.Belə
    bir şəraitdə xalqımız yeganə ümid yerinin 
    Heydər Əliyevə müraciət etməklə, onu yenidən Azərbaycanda siyasi
    hakimiyyətə qayıtmasında görürdü.

            Xalqımızın Ümummilli Lideri Heydər Əliyev
    Azərbaycanın mövcud durumunu qiymətləndirərək,  dövlətimizi və xalqımızı düçar edildiyi bəlalardan
    xilas etmək üçün edilən müraciətlərə müsbət cavab verdi və belə bir ağır şəraitdə
    Yeni Azərbaycan Partiyası təsis edildi.                                                                                      Vahid Əliyev,

    YAP
    Xocalı rayon təşkilatının sədri

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyi davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir

    Maraqlı gələ bilər
    33
    37
    29
    39